Pakistanda pulsuz un izdihamı 7 nəfərin həyatına son qoydu


Pakistanda hökumət tərəfindən pulsuz un paylanması zamanı yaranan izdiham nəticəsində 7 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ərzaq böhranı ilə mübarizə aparan ölkədə hökumətin ölkədə pulsuz un paylaması bir çox rayonlarda izdiham yaradıb. Pəncab əyalətinin Kasur və Xeyrpur şəhərlərində un paylanması zamanı yaranan izdiham nəticəsində 2 nəfər həyatını itirib. Həftə ərzində un paylanması zamanı yaranan izdihamda 7 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Sosial mediada əks olunan görüntülərdə insanların un maşınlarının üzərinə çıxaraq, un almaq üçün bir-birilə döyüşdüyü əks olunub. Pakistanda unun qiyməti bir paket üçün 3 min Pakistan rupisi, təxminən 7 manata yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu