Vaşinqton Qazaxstanı niyə qarışdırmalıdır? - ŞƏRH


Rusiya və ABŞ arasında "soyuq müharibə" davam edir. Tərəflər bir-birinə qarşı ağlasığmaz ittihamlar səsləndirməkdən çəkinmirlər. İstər dövlət, istərsə də qeyri-dövlət səviyyəsində səsləndirilən ittihamlar dünyanın gündəminə düşür.


Bu dəfə Rusiya prezidentinin xüsusi nümayəndəsi Sergey İvanov belə açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ yenidən “rəngli inqilablar” konsepsiyasına qayıdıb və Rusiyaya ən yaxın olan ölkələrə yaxınlaşmağa başlayıb. Sergey İvanov bu mənada Belarus və Qazaxıstanın adını çəkib.

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Sergey İvanovun açıqlamasını şərh edib. O, ABŞ və Avropanın Aleksandr Lukaşekonun hakimiyyətdən getməsini istədiyini bildirərək, ona qarşı sanksiyalar tətbiq edildiyini xatırladıb. "Bəs Vaşinqton Qazaxstanı niyə qarışdırmalıdır?" - deyən politoloqun sözlərinə görə, hazırda Vaşinqtonla Astana arasında sıx dialoq mövcuddur: "Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev bu dialoqda maraqlıdır. Tokayev Ukraynanın parçalanmasının əleyhinədir, Qazaxıstan prezidenti Donbası Rusiyanın ərazisi kimi tanımayacağını Kreml sahibi Vladimir Putinin üzünə deyib. Bu, Putin və onun ətrafının xoşuna gəlməyib. Qazaxıstanı qarışdırmaq Amerikanın deyil, əsl Kremlin maraqlarına cavab verir".

E.Şahinoğlu qeyd edib ki, əslində Rusiya Ukraynadakı hədəflərinə çatandan sonra Qazaxıstanı parçalamaq planını hərəkət gətirməliydi. Lakin Ukraynada ilişdiyinə görə, Qazaxıstanla bağlı “planlarını” sonrakı mərhələyə saxlamalı oldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu