Bakı ilə dialoq alınmasa, Azərbaycan ordusu bölgədə anti-terror əməliyyatına başlayacaq - ŞƏRH


Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı yeni iddialar səsləndirib.


Bildirilir ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların "xarici işlər naziri" Sergey Kazaryan təmsil edir. Rəsmi Moskva iddia edir ki, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun rəsmi Bakı və Qarabağ ermənilərinin dialoqunun tərəfdarıdır.

AFN.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Rusiya XİN-in iddiasını şərh edib. O, bildirib ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir. Bunun sübutu kimi isə politoloq Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı "xain" kimi göstərməsini qeyd edib: "Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir. Kremlin yayıdığı xəbərdə bir məqam da diqqəti çəkir, deməli, amerikalılar Qarabağ ermənilərini xəbərdar ediblər ki, Bakı ilə dialoq alınmasa, Azərbaycan ordusu bölgədə anti-terror əməliyyatına başlayacaq. Burada gizli heç nə yoxdur, həqiqətən dialoq alınmasa, separatçılar tərksilah olunmasalar, anti-terror əməliyyatı qaçılmaz olacaq".
E.Şahinoğlunun sözlərinə görə, Kreml sülhdə maraqlı deyil: "Olsaydı, Vaşinqtonu ittiham etmədən əvvəl özü Qarabağ ermənilərini anlatmalıydı ki, Bakı ilə dialoqu davam etdirmək lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu