Zəlzələnin dəhşətli yeni görüntüləri: Suyun altında yer parçalandı! - VİDEO
Türkiyəndə Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələnin yeni qandonduran görüntüləri ortaya çıxıb.
Təbii fəlakətdən zərər çəkən Hatayda zəlzələnin böyük ziyanı sualtı sənədli filmin prodüseri və operatoru Tahsin Ceylan və komandası tərəfindən aşkarlanıb. Suyun altındakı çatlar görənləri heyrətə gətirib.
Sahil Mühafizəsi Aralıq dənizi Regional Komandanlığının dəstəyi ilə başlayan çəkiliş zamanı sahil zolağından qopmuş qaya parçaları aşkarlanıb. Tahsin Ceylan və yoldaşları bölgədəki bölünmə xəttinin yaratdığı dağıntıları da araşdırıb. Görüntülər "Arsuz" otelinin sahilindəki çay yatağında lentə alınıb.