Zəlzələnin dəhşətli anları kameralarda - VİDEO


Türkiyədə baş verən zəlzələ müxtəlif yerlərdə təhlükəsizlik kameralarına əks olunub.


AFN.az xəbər verir ki, episentri Kahramanmaraş olan iki güclü zəlzələ zamanı bir çox şəhərdə qeydə alınan görüntülərdən bəziləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, təbii fəlakətdə 20 mindən çox insan həyatını itirib, 80 mindən çox insan isə yaralanıb. Fevralın 6-da baş verən zəlzələnin 6-cı günündə axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Kahramanmaraşdan Adanaya, Osmaniyedən Şanlıurfaya qədər bir çox yerdə qeydə alınan görüntülərdə binaların çatlaması, vasitələrin silkələnməsi, panika içində qaçan insanlar var. Təhlükəsizlik kameralarına əks olunan görüntülər hadisənin dəhşətini gözlər önünə qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu