Zəlzələ anında pişiyini xilas etməyə çalışan yaşlı kişinin görüntüləri gündəm oldu - VİDEO


Mərkəzi Kahramanmaraş olan Malatyada baş verən 7,6 bal gücündə zəlzələnin görüntüləri təhlükəsizlik kameralarına əks olunub.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərdə insanların hadisədən panikaya düşdüyü, qaçmağa çalışdığı bir vaxtda yaşlı bir kişinin öz pişiyini xilas etmək çabaları əksini tapıb O, insanların hərəkətindən qorxaraq tədirgin olan pişiyin ardınca qaçır və son anda onu da bağrına basaraq təhlükəsiz yerə aparır.
Görüntülər Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələnin ikincisində qeydə alınıb.

Birinci hadisədən sonra Malatyada bir məsciddə sığınan insanlar 7,6 bal gücündə ikinci zəlzələnin şokunu yaşayırlar. Təhlükəsizlik kameralarına əks olunan həmin görüntülərdə zəlzələ anından pişiyin sağa-sola qaçdığı, qocanın isə onun arxasınca qaçdığı, bir müddət sonra pişiyi bağrına basıb gətirdiyi görünür. Pişiyini uşaq arabasına qoyub məsciddən çıxan yaşlı kişinin son anları görənləri təsirləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu