Zəlzələ anının yeni görüntüləri ortaya çıxdı: ayağa qalxmağa çətinlik çəkirlər - VİDEO


Türkiyədə baş verən və on minlərlə insanın ölümünə, çoxlu dağıntıya səbəb olan zəlzələ ilə bağlı yeni görüntülər ortaya çıxıb.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı indiyədək ən müxtəlif görüntülər yayılıb. Bu dəfə isə insanlar tıkanların gücündən qaçıb yaxa qurtarmağa çalışarkən ayağa qalxmağa belə çətinlik çəkirlər.

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlər 11 şəhərdə dağıntılara səbəb olub. Yüz mindən çox insanın yaralandığı zəlzələnin görüntüləri izləyənləri dəhşətə gətirib. Bir mənzilin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə vətəndaşların sarsıntının şiddətindən qaçmağa çalışarkən ayaq üstə dura bilmədikləri görülüb.

Qorxulu anlar saniyə-saniyə təhlükəsizlik kamerasına əks olunub. Həmin görüntülər sosial mediada gündəm olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu