ÜST: Mərakeşdə baş verən zəlzələ 300 mindən çox insana təsir edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünən Mərakeşdə baş verən 7 bal gücündə zəlzələnin Mərakeş və ətraflarında yüzlərlə insanın ölümünə səbəb olduğunu və 300 mindən çox insanın zərər çəkdiyini bildirib.
ÜST Şərqi Aralıq dənizi Regional Müdirliyinin X sosial media platformasında paylaşılan yazıda Mərakeşdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verilib və dəstək mesajı verilib.
Paylaşımda Mərakeş və ətrafında baş verən faciəvi zəlzələdə yüzlərlə insanın həyatını itirdiyi, 300 mindən çox insanın zərər çəkdiyi bildirilib və ÜST qruplarının bütün dünyada ehtiyac duyulan bölgələrə səhiyyə xidmətlərini sürətlə çatdırmağa hazır olduqları qeyd edilib.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus sosial media hesabında zəlzələ nəticəsində həyatını itirənlərə başsağlığı verərək, “Təcili sağlamlıq ehtiyaclarını dəstəkləməyə hazırıq” - sözlərini paylaşıb.
Mərakeşdə baş verən və episentri Mərakeşin Əl-Huz bölgəsində olan 7 bal gücündə zəlzələdə 820 nəfər həyatını itirib, 672 nəfər isə yaralanıb.