Zəlzələdə itin reaksiyası gündəm oldu - VİDEO


Elazığda baş verən 4,9 bal gücündə zəlzələyə yuxuda yaxalanan itin reaksiyası təhlükəsizlik kamerasına əks olunub.


AFN.az xəbər verir ki, bu gün saat 06:36-da Elazığın Sivrice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Yerin təxminən 17 kilometr dərinliyində baş verən zəlzələ ilə bağlı neqativ hal olmadığı bildirilib.

Zəlzələdən geriyə qalan isə Kürk kəndindəki evlərdən birinin bağçasında təhlükəsizlik kameralarına düşən hadisədir. Belə ki, bağçada yatan itin zəlzələ anında yuxudan oyanaraq hövlnak ərazidən qaçdığı görüntülənib. Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu