Enerjiyə qənaət etmək istəyirsinizsə, bunları mütləq edin!


Bir çox elektrik cihazları, istifadədə olub-olmamasından asılı olmayaraq, daimi olaraq şəbəkəyə qoşulur. Bu vərdiş elektrik haqqının ciddi şəkildə artmasına səbəb ola bilər.


AFN.az "SantePlus"a istinadən bu istiqamətdə bəzi tövsiyələri təqdim edir.

Şarj cihazı

Tez-tez telefonlar üçün şarj cihazları rozetkalardan söndürülmür və onlar hələ də enerji udmaqda davam edirlər. Cib telefonunu doldurarkən kabel orta hesabla 2-3 vatt arasında enerji sərf edir. Bu sərfiyyat telefondan ayrıldıqdan sonra da davam edir və təxminən 0,26 vatt enerji təşkil edir.

Bundan əlavə, şarj cihazını rozetkadan söndürməsəniz, çox qıza və zədələnə bilər.

Cihazları gözləmə rejimində qoymaq niyə pisdir?

Bir çox insanlar televizor və mikrodalğalı soba kimi cihazları gözləmə rejimində qoyurlar. Məsələn, televizor söndürülüb, lakin hələ də şəbəkəyə qoşulubsa, 186V və 3.06V istehlak edə bilər. Həmçinin, kompüter açıldıqda və istifadə edildikdə, orta hesabla 74 V istehlak edir. Söndürülübsə, lakin hələ də cərəyana qoşuludursa, istehlak təxminən 2,84 V ola bilər.

Ən isti yay aylarında kondisioner sizin ən yaxşı dostunuza çevrilir. Amma insanların çoxu qış gələndə onu elektrik şəbəkəsindən çıxarmağı unudurlar. Beləliklə, elektrik enerjisi ödənişlərini artırır.

Paltaryuyan maşını elektrik enerjisindən ayırmaq lazımdırmı?

Gündəlik həyatda, paltaryuyan və ya qabyuyan maşından müntəzəm istifadə edərkən, bu cür cihazları elektrik şəbəkəsindən ayırmamalısınız. Ancaq tətilə gedirsinizsə, onları söndürmək daha yaxşıdır, çünki onlar bir neçə gün istifadə edilməyəcək və yalnız enerji istehlak edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu