Çin Rusiya şirkətlərini Vyetnamın neft-qaz sektorundan çıxarmağa çalışır


Çin Rusiya şirkətlərini Vyetnamın neft-qaz sektorundan çıxarmağa çalışır.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, Çin Vyetnamın şelfindəki rus şirkətlərinin yataqlarını "öz yurisdiksiyası" elan edib. Çinin Müdafiə Nazirliyi artıq Rusiya şirkətlərinin neft və qaz yataqlarının yerləşdiyi Cənubi Çin dənizində müntəzəm hərbi patrullara başlayıb.

Agentliyin məlumatında bildirilir ki, 2022-ci ilin yanvar ayından bəri Çin hərbi gəmiləri Vyetnamın eksklüziv iqtisadi zonasında yerləşən, "Zarubejneft" və "Qazprom" tərəfindən idarə olunan kəşfiyyat bloklarına ən azı 40 birbaşa səfər edib. Söhbət "Zarubejneft"in səhmdarı və operatoru olduğu 06-01-ci bloklardan, həmçinin "Qazprom"un pay sahibi olduğu 05-03-cü bloklardan gedir.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi "Reuters" açıqlamasında məsələni şərh edərkən bildirib ki, Çin öz yurisdiksiyası zonasında patrul xidməti həyata keçirir,

Qeyd edək ki, Rusiya korporasiyalarının fəaliyyət göstərdiyi yataqlar 1940-cı illərin sonlarından Pekinin Cənubi Çin dənizindəki ərazi iddialarının bir hissəsi olan “doqquz nöqtəli xətt” adlanan zonanın sularında yerləşir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, hərbi gəmilər beynəlxalq hüquq normalarına ciddi riayət etməklə fəaliyyət göstərir. Eyni zamanda diplomat patrulların birbaşa Rusiya şirkətlərinin obyektlərinin ərazisinə daxil olacağından xəbərsiz olduğunu vurğulayıb.

Hərbi patrul altında olan bloklar Çinin Haynan adasından 630 dəniz mili aralıda yerləşir. Agentliyin məlumatına görə, Çin gəmiləri noyabr ayından "Zarubejneft"in obyektlərinə zəng vurmağa başlayıb və ümumilikdə ötən il onlar eyni marşrutu 34 dəfə keçərək, hər dəfə Rusiya şirkətlərinin fəaliyyət göstərdiyi akvatoriyaya doğru gediblər.

Vyetnam donanması Çin ordusunun fəaliyyətini izləmək üçün sahil mühafizə gəmisini göndərib. "Vyetnam Cənubi Çin dənizində hüquqlarını müdafiə etmək niyyətindədir" - deyə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu