Azərbaycanda problemli kreditlərin məbləği 4 %-ə yaxın artıb
Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 606,1 milyon manat təşkil edib.
AFN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,8 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 2,1 % çox, son 1 ildə isə 12,2 % azalıb.
Bu il fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3 % təşkil edib. Bu nisbət yanvarın və ötən ilin sonuna 2,9 %, ötən il fevralın sonuna isə 3,9 % olub.