Problemli kreditlərin həcmi açıqlandı


Bu il noyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 15.3% azalaraq 440.4 milyon manat təşkil edib.


Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi statistikada bildirilib.

Qeyd edilib ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 25.8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31.8% azalıb.

Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu