Azərbaycanda problemli kreditlər 20%-ə yaxın azalıb


Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.


“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 8,5% azdır.

Son 1 ildə isə ölkədə problemli kreditlər 19,45% azalıb.

Dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 4,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 4,7%, əvvəlki ilin sonuna isə 6,1% olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu