Azərbaycanda problemli kreditlərin həcmi artıb




Bu il dekabrın 1-nə Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşunun 1 410,4 mln. manat və ya 9,3%-nin vaxtı keçib.



“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, problemli kreditlərin həcmində əvvəlki ayla müqayisədə 1,8% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 16,5% azalma qeydə alınıb.

Problemli kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi noyabrın 1-nə 9,6%, 2018-ci il dekabrın 1-nə isə 13,4% olub.

Xatırladaq ki, bu il dekabrın 1-nə ölkə maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 15 116,4 mln. manat kredit qoyulub.

Kredit qoyuluşunda aylıq müqayisədə 4,6%, illik isə 20,3% artım qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu