Beynəlxalq məhkəmə İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı iddiasını təmin etmədi


Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Tehran administrasiyasının ABŞ-a qarşı İran Mərkəzi Bankına məxsus aktivlərin dondurulması ilə bağlı qaldırdığı iddia üzrə qərarını açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-a qarşı açılan "Bəzi İran Aktivləri" iddiasında İran Mərkəzi Bankına aid dondurulmuş 2 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması tələbi rədd edilib. ABŞ-ın Məhkəmənin yurisdiksiyası ilə bağlı etdiyi etirazın qəbul edildiyi bildirilən qərarda, iki ölkə arasında 1955-ci ildə imzalanmış “Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Hüququ” müqaviləsinin əsası olduğu qərara alınıb.

Digər tərəfdən qərarda ABŞ-ın Mərkəzi Bankdan başqa İran vətəndaşlarına və Tehran rəhbərliyinə məxsus bəzi vəsaitlərin dondurulmasının yuxarıda adı çəkilən dostluq müqaviləsini pozduğu əsas götürülərək İrana təzminat ödəməli olduğu bildirilib. Həmçinin tərəflərdən təzminatın məbləği ilə bağlı öz aralarında danışıqlar aparmaları istənilsə də, 24 ay ərzində təzminat məbləği ilə bağlı razılıq əldə olunmazsa, Məhkəmənin məsələyə yenidən baxacağı qeyd edilib.

23 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrutdakı ABŞ bazasına bombalı hücum nəticəsində 241 ABŞ dəniz piyadası həlak olub. Həmin gün Beyrutdakı Fransa hərbi bazasına növbəti hücumda 58 fransız əsgəri həlak olub. ABŞ hücumda İranın məsuliyyət daşıdığını iddia edərək, zərərçəkənlərin yaxınlarına təzminat olaraq ödəniləcəyini əsas gətirməklə İran Mərkəzi Bankının aktivlərini dondurub.

İran tərəfi iddiasında bildirib ki, ABŞ-ın "Citibank"ın Nyu York filialında İran Mərkəzi Bankına məxsus 1,75 milyard dollarlıq istiqraz və əlavə gəlirlərlə birlikdə təxminən 2 milyard dollarlıq aktivləri dondurması beynəlxalq hüquqa və adı çəkilən dostluq müqaviləsinə ziddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu