ABŞ İranın dondurulmuş 7 milyard dollarını geri qaytarır


İranın Cənubi Koreyadakı bank hesabında dondurulmuş 7 milyrad dolları üzərindən sanksiyalar götürüləcək.


Azpost.info İRNA-ya istinadən bildirir ki, bu hesablar üzərində ABŞ sanksiya tətbiq edib. Nüvə sazişi ilə bağlı danışıqlar nəticəsiz qalsa da İrandakı məhbuslarının azad edilməsi və hesablar üzərindən sanksiyaların götürülməsi barədə müzakirələr aparılır.

İran və ABŞ arasında iki ölkənin məhbuslarının eyni vaxtda azadlığa buraxılması ilə bağlı danışıqların başa çatması ilə İranın dondurulmuş 7 milyard dollarlıq aktivləri sərbəst buraxılacaq.

İranlı və amerikalı məhbusların azad edilməsi üçün region ölkələrindən birinin vasitəçiliyi ilə son həftələrdə intensiv danışıqlar aparılıb. ABŞ-ın sanksiyaları səbəbindən İranın dondurulmuş aktivlərinin 7 milyard dolları üzərində sanksiyanın götürülməsi razılaşdırılıb.

İran qeyd olunan aktivlərin köçürülməsi üçün yeni hesablar təqdim edib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik şənbə günü ikili vətəndaşlığı olan məhbusu Bağer Namazinin həbsdən azad edilərək İranı tərk etdiyini açıqlayıb. Onun oğlu Siyamək Namazi də azad edilib, lakin hələ də İrandadır.

BMT-nin baş katibi Antonio Quterreş İran prezidentinə onun Bağer Namazinin müalicə üçün xaricə getməsinə icazə verilməsi xahişini qəbul etdiyinə görə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu