İranın Cənubi Koreyadakı vəsaitləri blokdan çıxarılıb


İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Ferzin ölkənin Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının blokdan çıxarıldığını açıqlayıb.


Məhəmməd Rza Ferzin sosial media hesabında ölkəsinin ABŞ ilə bağlanan məhbus mübadiləsi razılaşması çərçivəsində Koreya banklarında donduruluran bütün xarici valyuta hesablarının blokdan çıxarıldığını elan edib.
d
Ölkəsinin 7 milyard dollar dəyərindəki pulunun Cənubi Koreyanın pul vahidi olan vonda bloklandığına diqqət çəkən Ferzin, həmin puldan faiz alınmadığını, amortizasiya səbəbiylə alacaqlarının təxminən 1 milyard dollar azaldığını söyləyib.

Ferzin bildirib ki, blokdan çıxarılan pullar vondan avroya çevriləcək və bu pullar İran banklarının Qətərdəki hesablarına köçürüləcək.

Sözügedən pulun sanksiyaya məruz qalmayan məhsulların alınması üçün istifadə olunacağını qeyd edən Ferzin, yerdə qalan pulun depozit hesabına yatırılacağı təqdirdə faizə də istifadə oluna biləcəyini bildirib.

Ferzin İranın bir neçə başqa ölkədə bloklanan pullarının da əlçatan olacağını və bunun bazar effektinin görünəcəyini vurğulayıb.

Ağ Ev avqustun 10-da İranda saxlanılan 5 ABŞ vətəndaşının həbsdən azad edilərək ev dustaqlığına buraxıldığını təsdiqləyib.

ABŞ və İran mediasındakı xəbərlərdə İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarının sərbəst buraxılması qarşılığında iki ölkənin məhbus mübadiləsi aparacağına dair məlumatlar paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu