Hindistan orduda uzunqulqları qismən robotlarla əvəz etməyi planlaşdırır
Hindistan 2030-cu ilə qədər orduda "xidmət edən" uzunqulaqları 60% robot qatırlarla əvəz etməyi planlaşdırır.
Bu barədə "Indian Defense Research Wing" yazır. Portalın qeyd etdiyi kimi, qatırlardan Hindistan ordusunda çətin iqlim şəraiti olan, əlçatmaz bölgələrdə malların daşınması üçün istifadə olunur. Bildirilir ki, Hindistan ordusu müxtəlif relyef tiplərində avtonom şəkildə hərəkət edə bilən və maneələrdən yayına bilən dördayaqlı "qatır robotları" almağı planlaşdırır.
Bundan əlavə, Hindistan ordusu sərhəddəki ucqar bazalara müxtəlif yükləri çatdıra bilən kiçik, orta və böyük yük daşıyan pilotsuz təyyarələr əldə etmək niyyətindədir.