Hindistan ordusu Çinlə sərhəddə hərbi təlimlər keçirib


Hindistan ordusu keçən həftə Çinlə sərhəddə yerləşən şimal-şərq əyalətlərində S-400 yer-hava raket sistemləri kimi yüksək texnologiyalı silahların istifadəsini əhatə edən Poorvi Akash (Şərq Səma) təlimi keçirib.


AFN.az xəbər verir ki, bu barədə müdafiə rəsmilərinə istinadəb "India Today" məlumat yayıb.

Təlimdə S-400 hava hücumundan müdafiə raketləri, Su-30 döyüş təyyarələri, Rafale və Tejas döyüş təyyarələri, Prachand yüngül döyüş helikopterləri və yerdəki hərbi personal iştirak edib. Nazirliyin yüksək rütbəli rəsmiləri əlavə edib ki, təlim oktyabrın 30-dan noyabrın 4-dək baş tutub.

Qeyd olunur ki, təlim zamanı ordu ilə Hindistan Hərbi Hava Qüvvələri arasında təkmilləşdirilmiş koordinasiya işlənib və təlimin özü də müxtəlif qəbul edilən təhdidlərə cavab olaraq aviasiyanın müdafiə və hücum imkanlarını nümayiş etdirmək məqsədi daşıyıb.

“Təlim Hindistan Ordusunun Şərq Komandanlığı ilə Şərq Sektorunda çətin relyeflə bağlı birgə əməliyyatları əhatə edib. Həm Hindistan Hərbi Hava Qüvvələri, həm də Hindistan Ordusu xüsusi təyinatlılar xüsusi tapşırıqlarda, eləcə də real döyüş ssenarilərini simulyasiya etmək üçün hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsində iştirak ediblər”, - nəşr qeyd edir.

Təlim əməliyyatlara hazırlığı qiymətləndirmək və Hindistan qoşunlarına real təlim vermək üçün geniş spektrli əməliyyatlar, texniki xidmət və inzibati fəaliyyətləri əhatə edib.

Hindistan və Çin şimal-şərqindəki Arunaçal-Pradeş əyalətində təxminən 60 min kvadrat kilometr ərazi, eləcə də Kəşmirin şimalındakı dağlıq ərazilərlə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsinə malikdir. Bu regionda ölkələr arasında sərhədi əvəz edən Faktiki Nəzarət Xətti Ladax bölgəsindən keçir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu