Kərtənkələ balası tursitlərin çamadanına girdi və səkkiz min kilometr uçdu


Böyük Britaniyadan olan cütlük Tanzaniyadakı tətildən dönərkən çamadanlarında kərtənkələ balası tapıblar.


AFN.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Cütlük Zanzibarda istirahət edib və İngiltərənin Ueykfild şəhərinə qayıdıb. Çemodanlarını boşaldan zaman əşyalarının arasından balaca sürünəni tapıblar. Məlum olub ki, bala kərtənkələ onlarla birlikdə nə az, nə çox, 8 min kilometr uçaraq başqa ölkəyə gəlib. Lakin onu dərhal tapmayıblar, düz dörd gün çemodanın içində ac-susuz qalıb.

Cütlük dərhal Heyvanların Qəddarlıqdan Müdafiəsi Kral Cəmiyyətinə müraciət edib. Təşkilatdan verilən məlumata görə, kərtənkələ İngiltərədəki temperatura dözməyə bilər və dərhal zooparka və ya təbiət parklarına köçürülməlidir.

Hazırda "Reptilia Exotic Animal Rescue"ə aparılan balaca sürünənə burada mütəxəssislər qulluq edir. "Onun çamadanda belə uzun bir səyahətdən sağ çıxması heyrətamizdir. Və tapılana qədər orada daha dörd gün qalması sadəcə inanılmazdır" - deyə kərtənkələni mərkəzə aparan heyvanların xilasetmə mütəxəssisi deyib.

Bir müddət karantində qalan kərtənkələ balası vətəninə qayıtmağa hazır olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu