Azərbaycan manatının öz həyatı var, dünya-aləm vecinə deyil - ŞƏRH


Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar işləməyə başlayır. Rusiya rublu keçən ilin aprelindən bəri ilk dəfə dollar qarşısında 81 rubl=1 dollar səviyyəsinə qədər dəyər itirdi. Çox güman yaxın aylarda dollar 90-95 rublu görəcək.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Rusiyanın əsas şirkətləri hələ də qazancını dollarla əldə edir, dolları daha baha rubla dəyişməlidirlər ki, həm büdcə öhdəliklərini yerinə yetirsinlər, həm də rubulla daha çox kar əldə etsinlər: "Türk lirəsi də dəyər ititməkdə davam edir, mayda baş tutacaq seçkilərin nəticələrindən asılı olmayaraq lirə ucuzlaşmaqda davam edəcək, yaxın aylarda 1 dollar 25 lirə civarında ola bilər.
Azərbaycan manatının isə öz həyatı var, dünyayi-aləm vecinə deyil, inzibati qaydada “iqtisadi zopa” ilə idarə olunur, yegənə dayağı, dirəyi də neft-qaz qiymətləridir. “Kağız neft” olan manatın son günlər kefi bir az da kökəldi: OPEC+ yenidən iqtisadi cinayət sayılan kartel sövdələşməsi ilə hasilatı kəskin azaldaraq qiyməti artırdı, neft 100 dollara qədər bahalaşa bilər".
N.Cəfərlinin sözlərinə görə, ABŞ-ın indiki rəhbərliyi bu qərara etiraz etsə də, əməli bir iş görmür: "Əslində OPEC+ iqtisadi cinayətlə məşğuldur. İstəsələr Beynəlxalq Məhkəmələrdə iş açıb birliyi cəzalandırarlar, amma etməzlər, çünki üzdə nə qədər baha neftdən şikayət etsələr də, dünyanın indiki əsas siyasi elitasına baha neft-qaz çox lazımdır ki, bərpaolunan enerjiyə ayırdıqları yüz milyardlarla subsidiyalar davam etsin, “yaşıl enerjiyə” özəl sektor da vəsait yatırsın – neft 40-50 dollar, qaz 230-250 dollar olsa bütün “yaşıl” layihələr “saralacaq” rentabelliyini itirəcək, bir tək subsidiyalarla ayaqda qalması çətinləşəcək".
Ekspert bildirib ki, yeni enerji keçidi strategiyası dünya üçün çox önəmlidir, lakin bunu zorla, siyasi və iqtisadi maraq qruplarının istəyi ilə deyil, orqanik, təbii olaraq həyata keçirmək lazımdır: "Bərpaolunan enerji rentabelli və iqtisadi məntiqli olmalıdır – məhz bu zaman insanlıq üçün böyük irəliləyiş olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu