"Apple" hələ ki, "iPhone"dan asılıdır


"Piper Sandler" analitikləri "Apple"in flaqman məhsulu olan "iPhone"dan asılılığını izah ediblər.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, şirkətin materialında deyilir ki, 2023 və 2024-cü illərdə Amerika korporasiyası mənfəəti artırmalıdır. "Apple"in gələcək uğuru smartfonların yüksək satışları ilə bağlıdır. Mütəxəssislərin proqnozlarına görə, 2023-cü ilin ikinci rübündə İT nəhənginin gəliri 98,836 milyard dollar təşkil edəcək ki, bu da analitiklərin əvvəlki proqnozundan yüksəkdir.

Hesabatda həmçinin qeyd edilir ki, şirkətin gəlirləri ən azı iki il artacaq - 2023-cü ildə 400,43 milyard dollara, 2024-cü maliyyə ilinin sonuna isə 425,94 milyard dollara qədər.

“Apple” şirkətinin smartfonlar seqmentindəki payı rekord hesab olunur”, – deyə analitiklər bildiriblər. Mütəxəssislərin fikrincə, uğur daha çox gənc nəslin flaqman "iPhone"a marağının artması ilə bağlıdır. Hesabatda smartfonlara tələbatın yaxın gələcəkdə dəyişməz qalacağı qeyd edilib.

Gənclər daha çox müasir ünsiyyət üsullarını seçdikləri üçün "iPhone"a üstünlük verirlər. Mütəxəssislərin fikrincə, gənclər messencerlərdən istifadə edir, nadir hallarda zəng və SMS vasitəsilə ünsiyyətə üstünlük verirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu