Apple iki gün ərzində 194 milyard dollar itirə bilər


Çində dövlət qurumlarının və dövlət şirkətlərinin işçiləri üçün iPhone-ların istifadəsinə qoyulan qadağa Amerikanın “Apple” korporasiyasına ümumilikdə 194 milyard dollar ziyan vura bilər.


Bu barədə "Bloomberg" məlumat yayıb.

iPhone istehsalçısı üçün Çin onun ən böyük xarici bazarıdır. Yerli hakimiyyət orqanlarının bu texnologiyanın dövlət qurumlarında istifadəsinə qadağası Apple səhmlərinin son 12 ayda ən güclü ucuzlaşmasına səbəb olub. Sentyabrın 6-da kotirovkalar 3,2 faiz, bir gün əvvəl isə daha 3,6 faiz azalaraq 182,91 dollara düşüb. Bu, 2023-cü ilin avqustundan bəri ən böyük bir günlük enişdir. Beləliklə, bir neçə gün ərzində korporasiyanın səhmləri 6,8 faiz ucuzlaşıb.

"Wedbush Securities" analitiki Daniel Ives hesab edir ki, qadağa il ərzində ölkədə satılacaq təxminən 45 milyon iPhone-dan 500 mindən azına təsir edəcək və Apple-ın yerli bazardakı mövqeyinə ciddi təsir göstərməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu