Pakistanda nazir avtomobil qəzasında ölüb
Pakistanın dini məsələlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə bu axşam İslamabadda baş verib. Məlumata görə, nazirin avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.
Əbdül Şakur qəza zamanı ağır xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif Əbdül Şakurun həlak olması ilə bağlı başsağlığı verib.