Dünyada 67 milyondan çox uşaq peyvənd almayıb


2019-2021-ci illər arasında dünya üzrə 67 milyona yaxın uşaq müxtəlif xəstəliklərə görə qismən və ya tamamilə rutin peyvəndlərdən məhrum olub.


AFN.az bu barədə "France 24"ə istinadən xəbər verir. Peyvəndləri ciddi şəkildə pozulan 67 milyon uşaqdan 48 milyonu Covid-19 pandemiyasının səbəb olduğu karantin məhdudiyyətləri və səhiyyə xidmətinin pozulması səbəbindən adi peyvəndləri tamamilə buraxıb. UNICEF poliomielit və qızılca xəstəliyinin potensial yayılmasından narahatdır. Təşkilatın hesabatında deyilir: "Uşaqlıqda adi peyvəndləmə sahəsində on ilin düzəni pozulub. Yenidən yola qayıtmaq çətin olacaq".

112 ölkədə peyvənd olunan uşaqların sayı azalıb və dünya üzrə peyvənd olunanların faizi 2008-ci ildən bu yana azalaraq 81 faizə düşüb. Afrika və Cənubi Asiyada vəziyyətin xüsusilə ağırlaşdığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu