Almaniyanın ən böyük bankı kütləvi ixtisarlara gedir


Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"ın rəhbərliyi sıravi işçilərini kütləvi şəkildə ixtisar etməyə hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə maliyyə qurumunun rəhbərliyinə yaxın mənbəyə istinadən "Reuters" bildirib. Rəhbərlikdə də ixtisarlar olacağını deyən mənbə idarə heyətinin üzvlərinin sayının ondan 9-a endiriləcəyini açıqlayıb.

Qeyd edək ki, fevralın əvvəlində "Deutsche Bank"ın baş icraçı direktoru Kristian Şitinq mümkün işçilərin ixtisarı barədə danışmışdı. Bank artıq bir ildən çoxdur ki, xərclərin azaldılması üzərində işləyir. 2022-ci ildə bir sıra tədbirlər keçirib, lakin digər Avropa təşkilatları ilə müqayisədə onun xərcləri gəlirlə bağlı hələ də çox yüksəkdir.

Martın əvvəlində XETRA birjasında ticarət zamanı 2Deutsche Bank"ın səhmləri 13 faizdən çox ucuzlaşıb. Ən alt nöqtədə qiymətli kağızın qiyməti bir səhm üçün 7,9 avroya düşüb və son beş ayın rekordunu qırıb. Buna ABŞ-da Silikon Vadisi Bankının bağlanmasından sonra investorların Avropa bank sektorunun sabitliyi ilə bağlı qorxuları və onun rəqibi UBS tərəfindən İsveçrənin "Credit Suisse" bankını ələ keçirməsi ilə bağlı xəbərlər səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu