Şərqi Avropa ölkələri ötən illə müqayisədə üş dəfə çox borc alıblar


Enerji böhranından sonra maliyyə problemləri artdıqca, Şərqi Avropa ölkələri daha tez-tez beynəlxalq borc bazarlarına kreditlər üçün müraciət etməyə başlayıblar.


AFN.az xəbər verir ki, belə bir material "Bloomberg"də dərc edilib. Agentliyin mütəxəssisləri hesablayıblar ki, bu ilin əvvəlindən region dövlətləri ümumilikdə 32 milyard dollara yaxın borc alıblar, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Söhbət Polşa, Macarıstan, Rumıniya və Şərqi Avropa regionunun digər dövlətlərinin kreditlərindən gedir. "Ukraynanın ən yaxın qonşuları üçün 14 aydır davam edən müharibənin maliyyə itkiləri artmaqdadır. Şərqi Avropa hökumətləri bu borcların ödənilməsinə kömək etmək üçün beynəlxalq borc bazarlarına heç vaxt olmadığı kimi daxil olurlar. Bu il onlar artıq 32 milyard dollara yaxın kredit götürüblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur" - deyə materialda qeyd edilib.

Məqalədə qeyd edilir ki, region dövlətləri enerji resurslarının alınması və öz ordularının gücləndirilməsi üçün subsidiyaların maliyyələşdirilməsi üçün kreditlərə ehtiyac duyurlar: "Bundan əlavə, Rusiya ilə münaqişənin kəskinləşməsindən sonra ölkəni tərk etməyə məcbur olan çoxsaylı ukraynalı qaçqınlara adekvat yardım göstərmək üçün vəsait lazımdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu