Stoltenberq: NATO ölkələri Ukraynaya vəd etdikləri texnikanın 98 faizini göndərib


NATO ölkələri Ukraynaya vəd etdikləri texnikanın 98 faizini göndərib.


APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Lüksemburqun Baş naziri Xavier Bettellə birgə keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq qeyd edib ki, Ukrayna 1550 zirehli maşın, 230 tank (M1 Abrams tankları istisna olmaqla) və xeyli miqdarda döyüş sursatı alıb.

NATO Baş katibi onu da əlavə edib ki, Alyansa daxil olan ölkələr Ukrayna Silahlı Qüvvələrinin 9 briqadasını döyüşə hazırlayıb və silahlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu