Moldova ölkəyə girişi qadağan edilən rusların siyahısını açıqlayıb


Moldovanın baş naziri Dorin Reçan ölkə hakimiyyətinin respublikaya girişi qadağan edilən rusların uzun siyahısının mövcudluğundan danışıb.


AFN.az-ın xəbərinə görə, o, TV8 kanalına bildirib ki, hələlik bu siyahı dərc olunmayıb. Baş nazir Rusiya rəsmilərinin də siyahıda olduğunu qeyd edib.

"Moldovada Moldovaya daxil ola bilməyəcək rus məmurlarının kifayət qədər uzun siyahısı var. Bu siyahı dərc olunmayıb", - deyə Dorin Reçan bildirib. Onun sözlərinə görə, bəziləri bu siyahıda olduqlarını ölkəyə gələndə öyrənir, bəziləri isə bundan öncədən xəbər tutur. Reçan bu siyahının gələcəkdə dərc olunacağına söz verərək, hələlik hakimiyyətin belə planlarının olmadığını qeyd edib. Baş nazir həmçinin izah edib ki, burada Rusiya rəsmiləri ilə yanaşı, Moldovada seçki kampaniyalarında iştirak edən bir sıra rus mədəniyyət xadimlərinin, məsələn, Filipp Kirkorovun adları var.

Daha əvvəl Reçan bildirib ki, mayın 9-da Georgi lentini hər hansı şəkildə nümayiş etdirən vətəndaşlar cərimələnəcəklər. Onun sözlərinə görə, indi ölkənin Daxili İşlər Nazirliyi normativ aktlar hazırlayır və Georgi lentinə görə cəzaların dəqiq necə olacağını tezliklə açıqlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu