BMT: 2022-ci ildə öldürülən jurnalistlərin sayı 50 faiz artıb


BMT-nin Baş katibi Antonio Quterreş demokratiya və ədalətin əsas prinsipi kimi media azadlığının vacibliyini xatırladıb.


AFN.az xəbər verir ki, o, mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə "azad jurnalistika fikir formalaşdırmaq və güclərə həqiqəti söyləmək üçün bizə lazım olan bütün faktları verir" - deyə qeyd edib.

Quterreş dezinformasiya və nifrət nitqi ilə fakt və uydurma, elmi dəlillər və sui-qəsd nəzəriyyələri arasındakı sərhədləri bəlli edən mətbuat azadlığı indi bütün dünyada hücuma məruz qalır. “Media sənayesinin bir neçə şəxsin əlində cəmləşməsinin artması, onlarla müstəqil xəbər təşkilatının maliyyə iflası və jurnalistikanı sıxışdıran, senzuranı daha da artıran və söz azadlığını təhdid edən milli qanun və qaydaların çoxaldığını” əlavə edib.

Onun sözlərinə görə, 2022-ci ildə azı 67 media işçisi öldürülüb. Bu, bir il əvvəlkindən 50 faiz çoxdur. Jurnalistlər peşə vəzifələrini yerinə yetirmək istəyərkən məqsədyönlü hücumların qurbanı olublar, Quterreş bildirib. Bundan əlavə, qadın jurnalistlərin demək olar ki, dörddə üçü onlayn zorakılığa məruz qalıb və hər dörddə biri fiziki təhdidlərlə üzləşib. “Təhlükələri və hücumları dayandırın. Jurnalistləri öz işlərini gördüklərinə görə saxlamağı və həbs etməyi dayandırın. Yalanları və dezinformasiyanı dayandırın”, - deyə BMT-nin baş katibi çağırış edib.

Qeyd edək ki, 3 may Ümumdünya Mətbuat Azadlığı Günü UNESCO-nun təklifi ilə 1993-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu