Kilosu 3 min TL olan göbələkdən 5 kilo tapan dostlar sevincdən oynadılar - FOTOLAR


Meşədə 5 kiloqram quzugöbəyi adlanan bahalı göbələk tapan dostlar zeybek oynayaraq bayram edib. Həmin anlar sosial şəbəkədə 2 gündə 1 milyon baxış sayına çatıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Burdurda baş verib. Boluda yaşayan Onur Karakaş Ramazan bayramı üçün məmləkəti Burdura gedib. Onur Karakaş qardaşı İzzet və İbrahim Uçarla birlikdə Burdurun Əziziyə kəndindəki meşəlik ərazidə göbələk axtarışına başlayıb.

Dostlar ağacların dibindən çoxlu müxtəlik adda göbələk tapıblar. Lakin əsas sevinci baha qiymətə satılan quzugöbəyi göbələyini taparkən yaşayıblar. Bu göbələk çeşidindən 5 kilo toplayan dostlar zeybək çalaraq bayram ediblər. 3 dostun sevincli anları sosial şəbəkədə qısa müddətdə məşhurlaşıb.

Adıçəkilən göbələyin yaş halda kilosunun 500 TL, quru olanın isə 3 min TL olduğu bildirilir. Qurudulmuş göbələklərin çəkisinin 3 min lirəyə qədər çata biləcəyini bildirən Karakaş məhsulun xaricdə daha baha olduğunu deyib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu