Ukrayna Rusiya və Belarusdan olan 200 zavod və şirkətə qarşı sanksiya tətbiq edib
Ukrayna müdafiə sahəsində Rusiya və Belarusdan olan 200 zavod və şirkətə qarşı sanksiya tətbiq edib.
AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, Vladimir Zelenski müvafiq fərman imzalayıb. Məlumatı prezidentinin mətbuat xidməti yayıb.
Sanksiya tətbiq edilən şirkətlərdən təxminən 20-si Belarusa aiddir, qalanları Rusiya şirkətləri və müəssisələridir. Sanksiya altına düşən Rusiya şirkətləri arasında "Roskosmos" və "QLONASS" da var.