ABŞ Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə sanksiya tətbiq edib


ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarə rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumat ABŞ hökuməti Federal Reyestrinin elektron bazasında yerləşdirilib.

“ABŞ hökuməti hesab edir ki, bu subyektlərin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib”, - deyə sənəddə bildirilib.

Məlumata görə, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu