Stoltenberq oktyabr ayında vəzifəsini tərk edəcək


NATO-nun Baş katibi Yens Stoltenberq belə bir təklif alsa belə, oktyabr ayında səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifədə qalmağı planlaşdırmadığını deyib.


"Report" xəbər verir ki, o, bu barədə Kopenhagendə keçirilən Demokratik Forumda danışıb.

"Yeganə planım payızda səlahiyyətlərimi təhvil verməkdir. Bununla da, əvvəlcə planlaşdırdığımdan iki dəfə daha artıq müddətə vəzifədə qalmış olacağam. Bu barədə deyə biləcəyim tək şey budur", - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu