Yeni Supermenin xarakteri açıqlandı


"DC Studios"un rəhbəri Ceyms Qann baş qəhrəmanın xarakterinin təfərrüatlarını açıqlayıb.


AFN.az xəbər verir ki, o bu haqda "Gizmodo" portalına müsahibəsində danışıb. Rejissorun sözlərinə görə, yeni filmdə o, Supermenin emosionallığını göstərmək istəyir. “Supermendə göstərmək istədiyim hər hansı bir xüsusi emosiya axtardığımı deyə bilmərəm, lakin onun emosiyasız olmasını istəmirəm. Mən inkar etmək istəmirəm ki, biz insanıq, emosional varlıqlarıq və Supermen də eynidir”, - deyə "DC Studios"un rəhbəri qeyd edib.
Qannın "Supermen" filminə rəhbərlik edəcəyi mart ayında məlum olub. Kinematoqraf qeyd edib ki, layihənin yaradılmasında iştirak edəcəyinə əvvəlcə əmin deyildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu