Whatsappdan daha bir yenilik
WhatsApp şəxsi söhbətləri ayrıca qovluğa köçürməyə imkan verən “Söhbəti Bağla” funksiyasını təqdim edib.
AFN.az xəbər verir ki, bu barədə messencerin rəsmi bloqu məlumat yayıb. Bunun üçün siz cihaz parolunuzu daxil etməyi və ya onu açmaq üçün biometrik məlumatları skan etməli olacaqsız. Qapalı söhbətlərdən gələn mesajların məzmunu da bildirişlərdə avtomatik gizlədilir.
“Bu gün biz ən şəxsi kommunikasiyalarınızı qorumaq üçün istifadə edə biləcəyiniz başqa bir təhlükəsizlik tədbiri olan yeni Chat Lock funksiyası haqqında danışacağıq. Siz söhbəti bağladıqdan sonra o, əsas ekrandan ayrı qovluğa köçürüləcək. Onu açmaq üçün cihazın parolunu daxil etməli və ya barmaq izi kimi biometrik məlumatları skan etməli olacaqsınız. Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə də gizlənəcək", - şirkətdən verilən məlumatda bildirilir.
Qeyd olunur ki, çatı bağlamaq üçün şəxsi yazışmalardakı həmsöhbətin adına və ya qrupun adına klikləyib uyğun variantı seçmək lazımdır. Şəxsi söhbətləri söhbət ekranında görünən etmək üçün siz yavaş-yavaş sürüşdürməli, telefon parolunuzu daxil etməli və ya biometrik məlumatları skan etməlisiniz.
Növbəti aylarda bu funksiyaya yeni imkanlar əlavə ediləcək, o cümlədən əlaqəli cihazlarda söhbətləri kilidləmək və telefon parolunuzun əvəzinə istifadə edilə bilən şəxsi söhbətlər üçün unikal parol yaradılacaq.