Gürcüstan ruslara daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır


Gürcüstan ruslara bu ölkədə daşınmaz əmlak almağı qadağan etmək istəyir.


AFN.az "Novosti Georgia"ya istinadən xəbər verir ki, qanun layihəsi parlamentə təqdim olunub. Qanun layihəsində təklif edilir ki, rusların Gürcüstanda əmlak alması 2024-cü ilin sonuna qədər qadağan edilsin. Layihəyə əsasən yalnız daşınmaz əmlakı miras alanlar bu qanunun təsiri altına düşməyəcək.

2022-ci ildə Gürcüstanda xaricilər, o cümlədən ruslar satışa çıxarılan daşınmaz əmlakın beşdə birini alıblar. 2023-cü ilin birinci rübündə ruslar iki mindən çox mənzil alıblar.

Deputatların fikrincə, bu tendensiya mənzillərin qiymətini artırır ki, bu da Gürcüstan vətəndaşları üçün çətinliklər yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu