Bergüzar Korel zəlzələ bölgəsi ilə bağlı şərh yazanları qınadı


Türkiyənin məşhur aktrisası Bergüzar Korel mayın 14-də ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra zəlzələ bölgəsində yaşayan vətəndaşların hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verdikləri üçün qınanılmasını pisləyib.


Qeyd edək ki, seçkilərdən sonra sosial mediada bəzi istifadəçilər zəlzələ bölgəsində vətəndaşların Ərdoğanın lehinə səs verməyini qınayaraq "Allah bilirdi nə etmək lazımdır" kimi şərhlər yazıblar.

Zəlzələ qurbanları üçün mübarizə aparan aktrisa Bergüzar Korel həmin şərhlərə reaksiya verib. O, İnstaqram hesabında paylaşım edərək, qınaq dolu fikirlər səsləndirib: "Zəlzələ bölgələrindən alınan nəticələrlə bağlı yazılanlar məhz tənqid edilən zehniyyətdir. Hər şeyini itirmiş insanlar bu yazıları oxuyur. İnsanlar öldü! Həyatda qalmağa çalışan bir çox insan bütün bunları oxuyanda nə hiss edir? Biz yardım və həmrəyliyin hesabını çəkib lovğalanacaq insanlar deyilik. Sevgi ilə, ümidlə, bir olmaq arzusu ilə, yalnız yaxşılıq üçün bir yerdə olan bizik. Zəhmət olmasa sayğılı olun..."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu