Türkiyədə dövlət büdcəsindən maliyyə alacaq partiyalar müəyyənləşib


Mayın 14-də keçirilən seçkilərin nəticələrinə əsasən, Türkiyədə dövlət büdcəsindən ən çox maliyyə alacaq partiya AKP-dir.


AFN.az xəbər verir ki, hakim partiya 2 milyard 179 milyon 500 min lirə dəstək alacaq. Sonrakı sırada 1 milyard 157 milyon 400 min lirə ilə CHP gəlir. Parlament seçkilərində iştirak edərək Türkiyə Böyük Millət Məclisində təmsilçilik hüququ və büdcədən maliyyə almaq hüququ qazanan digər partiyalar isə bunlardır: MHP- 567.3 milyon lirə, İyi Partiya - 509.1 milyon lirə, HDP - 598.8 milyon lirə.

Qeyd edək ki, Türkiyənin mövcud qanunvericiliyinə görə, seçkilərdə 7 faizdən çox səs toplayan və parlamentə düşmüş partiyalara dövlət büdcəsindən pul ödənilir. Son seçkilərdə qalib gələn partiyalara bu il nə qədər pul ayrılacağı bu gün açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu