Rəcəb Tayyib Ərdoğan sərvətini açıqladı


28 May seçkilərinin rəsmi nəticələrinin açıqlanması ilə üçüncü dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın sərvəti haqda məlumat Rəsmi Qəzetdə dərc olunub.


Ali Seçki Şurası mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrini açıqlayıb. İkinci turda isə Xalq Birliyinin namizədi prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlu mübarizə aparıb.

YSK-nın açıqladığı rəsmi nəticələrə görə, Ərdoğan 52,18 faiz səs toplayaraq üçüncü dəfə prezident seçilib. Kılıçdaroğlunun səs nisbəti 47,82 olub.

Prezident seçkilərinin nəticələri ilə yanaşı, Ərdoğanın əmlak bəyannaməsi siyahısı da Rəsmi Qəzetdə dərc olunub.

Siyahıya əsasən, Ərdoğana məxsus daşınmaz əmlakların siyahısı belədir:

-Güneysu-Dumankaya Kəndi 2 min kvadrat metr torpaq (Dəyəri 10 min TL) Alınma tarixi :1988

-Üsküdarda evin yarı payı- Kısıklı - (Dəyəri 7 milyon 695 min TL) Alınma tarixi: 2019

-Üsküdarda evin yarı payı- Kısıklı - (Dəyəri 7 milyon 695 min TL) Alınma tarixi: 2019



Banklar və qiymətli kağızlar haqqında məlumat:

- Albaraka Türk Mərkəzi şöbəsində 1 milyon 346 min 614 lirə 53 sent,

- 96 min 723 lirə 55 qəpik Albaraka Türk Altunizadə şöbəsi hesabında,

- Ziraat İştirak Bankı 411 min 541 135 lirə,

- Əvvəl 30 min TL



- Borc-kredit məlumatı:

Kreditorun adı və soyadı: Mustafa Erdoğan, Məbləğ: 5 milyon 390 min lirə.



Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu