Sinan Oğanla Şahan Gökbakar arasında maraqlı dialoq: "Üzr istəyirəm..."


Prezidentliyə namizədlərdən Sinan Oğan, "Adınızı səhv tələffüz etdiyim üçün üzr istəyirəm Şahan bəy. Sizin də haqqımızı təslim etdiyiniz bu tvitə böyük əhəmiyyət verirəm" paylaşımını edib.


AFN.az HaberGlobala istinadən xəbər verir ki, aktyor Şahan Gökbakarın ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanla dialoqu diqqət çəkib.

Tvitter hesabından paylaşım edən Gökbakar, "Cənab Sinan Oğan adımı söyləyərək onu tənqid etdiyimi deyib. Adımı Şaban Gökbahar desə də, yenə də ona təşəkkür edirəm. Şaban da gözəldir. Düşünürəm ki, məni nəzərdə tutub. Bir tvitimdə "Nəyə görə namizəd olurlar, anlamır" yazmışdım. Birinci turun nəticəsindən sonra başa düşdüm, aydındır. Səhv başa düşmüşəmsə, məni bağışlayın. Təbrik edirəm".

Məşhur aktyorun paylaşımına Sinan Oğanın cavabı gecikməyib. Gökbakarın tvitindən sitat gətirən Oğan, "Adınızı səhv tələffüz etdiyim üçün üzr istəyirəm, Şahan bəy. Haqqımıza verdiyiniz dəyərə görə, bu tvitə böyük əhəmiyyət verirəm. Salamlar" cavabını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu