Sinan Oğandan Kılıçdaroğluna cavabı: "Bir az qəribə oldu..."


Prezidentliyə namizədlərdən Sinan Oğan CHP lideri Kamal Kılıçdaroğlunun dünən qatıldığı televiziya verilişində seçkinin ikinci turu ilə bağlı dediklərinə cavab verib.


CHP sədri Kamal Kılıçdaroğlu dünən Sözcü TV-nin canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.

CHP lideri Prezident Ərdoğanın ilk turda uduzduğunu bildirib: "İlk dəfə iştirak etdiyi bir şeydə ilk turda uduzdu. Onun üçün ciddi bir travma, həmişə uduzub. ilk raundda ilk dəfə məğlub oldu”.

Kılıçdaroğlunun sözlərinə prezidentliyə namizədlərdən biri Sinan Oğan cavab verib.

Oğan Twitter hesabından verdiyi açıqlamada, "Bağışlayın, cənab Kılıçdaroğlu, biz seçkiləri 2-ci tura keçirdik. Sizin tərəfdarlarınız seçkidən əvvəl Məhərrəm İncəyə etdiklərini mənə də etdi. Mən də bu linç qarşısında İncə bəy kimi geri çəkilsəydim, ikinci tur keçirilməyəcəkdi və cənab Ərdoğan elə birinci turda balkon çıxışı edəcəkdi. Bir az qəribədir ki, indi durub seçkilərin ikinci tura qalmasını öz uğurunuz olaraq qələmə verirsiz!" deyə Oğan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu