Səudiyyə Ərəbistanının ilk qadın astronavtı kosmosa uçub - FOTOLAR


SpaceX-in Falcon 9 raketi və Dragon kosmik gəmisi dörd nəfərlik ekipajla Axiom Space-dən ABŞ-ın Florida ştatındakı Cape Carnaval şəhərindəki Beynəlxalq Kosmik Stansiyaya uğurla buraxılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, komandanın bir hissəsi olan Rayyanah Barnavi kosmosa uçan ilk səudiyyəli qadındır. 4 nəfərlik komandanın daxil olduğu Dragon kosmik gəmisində səudiyyəli Rayyanah Barnai və Əli ƏlQarni də iştirak edib.

Səudiyyə Ərəbistanının "Əl-İhbariye" xəbər kanalının Twitter hesabından verdiyi açıqlamaya görə, Karni və Bernavi də daxil olmaqla kosmik gəmi buraxılaraq Beynəlxalq Kosmik Bazaya doğru hərəkət edib.

Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən ilin sentyabrında “Vision 2030” çərçivəsində kosmos proqramının işə salındığını açıqlamışdı. Kosmos sənayesi sektorundan faydalanmaq və bu sahədə araşdırmalara töhfə vermək məqsədi daşıdığı bildirilib.

Kosmik Agentliyin fevralın 14-də verdiyi açıqlamada, Rayyane Bernavi və Ali Karninin AX-2 kosmik gəmisi ilə gedəcəkləri bildirilmişdi.

Astronavtlar Kosmik Stansiyada 8 gün qalacaqlar. Missiya ümumilikdə 10 gün çəkəcək.

Kosmik Stansiyada 14 “ilk elmi təcrübə” həyata keçirəcək astronavtlar, missiya zamanı canlı yayımla 12 min səudiyyəli tələbəyə də təlim verəcək.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu