Çində Micron məhsullarının alınması qadağan edilir
Çində kritik informasiya infrastrukturunun milli operatorlarına ABŞ-ın çip istehsalçısı "Micron Technology"dən məhsul almaq qadağan edilib.
AFN.az-ın xəbərinə görə, bu barədə TASS Çinin Kiberməkan üzrə Dövlət Departamentinə istinadən məlumat yayıb. Departamentin məlumatında bildirilir ki, şirkətin məhsulları milli kibertəhlükəsizliyi təhdid edir.
Bundan əvvəl Çin çip istehsalçısı "Micron"u milli təhlükəsizliyə mümkün təhlükə üçün yoxlamağa başlayıb. Aydahoda yerləşən şirkət Cənubi Koreyanın "Samsung" və "Hynix" şirkəti ilə birlikdə qlobal Dram yaddaş çipi bazarında üç liderdən biridir. Bununla belə, audit göstərib ki, "Micron"un şəbəkə təhlükəsizliyi ilə bağlı kifayət qədər ciddi potensial problemləri var.
ABŞ Cənubi Koreyanı Amerikanın "Micron" şirkətinə çiplərinin idxalını qadağan edəcəyi təqdirdə Çinə yarımkeçiricilərin tədarükünü məhdudlaşdırmağa çağırıb. Amerika hakimiyyəti Seuldan ən böyük tədarükçülər olan "Samsung" və "Hynix"ə satışları artırmamaq üçün təsir göstərməyi xahiş edib.