Yaponiyanın baş naziri böyük oğlunu yersiz davranışına görə cəzalandırdı


Yaponiyanın baş naziri Fumio Kişida böyük oğlu Şotaro Kişidaya yersiz davranışına görə sərt töhmət verib.


AFN.az xəbər verir ki, bu barədə TASS Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunoya istinadən məlumat yayıb.

Kişida qeyd edib ki, oğlunun hökumət başçısının Tokio iqamətgahında davranışı yersizdir. O, əlavə edib ki, gələcəkdə bunun baş verməməsi, iqamətgahdan düzgün istifadə edilməsi və idarə olunması üçün hər cür səy göstərəcək.

Daha əvvəl Yaponiya KİV-ləri yazıb ki, baş nazirin katibi olan oğlu 2022-ci ilin dekabrında hökumət başçısının iqamətgahına təxminən on qohum və dostunu dəvət edib. Onların binanın qırmızı xalçalı ön pilləkənində çəkilmiş şəkli sosial şəbəkəyə düşüb.

Bu ilin yanvarında Şotaro mətbuatda rəsmi diplomatik nəqliyyat vasitələrindən qeyri-qanuni olaraq turizm məqsədləri üçün istifadə etməkdə ittiham olunub. Sonra Yaponiya Xarici İşlər Nazirliyi bunu təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu