Bill Qeyts süni intellektə əsaslanan köməkçi yaratmaqdan danışıb


Bill Qeyts süni intellektə əsaslanan köməkçi, insanlar üçün əksər xidmətləri, o cümlədən axtarış sistemlərini əvəz edəcəyini bildirib.


Süni intellektə əsaslanan köməkçi əksər xidmətləri, hətta axtarış sistemini də əvəz edə bilər.

AFN.az CNBC xəbər kanalına istinadən xəbər verir ki, bunu Microsoft-un həmtəsisçisi Bill Qeyts San-Fransiskoda keçirilən "Goldman Sachs və SV Angel" süni intellekt mövzusunda keçirilən tədbirdə deyib:

"Belə bir şəxsi agentin yaratdılması həqiqətən dəyərli bir texnologiyadır, çünki bir daha heç vaxt Google, Amazon kimi axtarış sisteminə müraciət etməyəcəksiniz. Hazırda belə rəqəmsal köməkçi yoxdur, lakin o, yaxın gələcəkdə peyda ola bilər. Bu, insana, onun tempinə, vərdişlərinə tam uyğunlaşacaq. Nəhayət, köməkçi bir insanın həyatını sadələşdirə biləcək".

Microsoft-un həmtəsisçisi əlavə edib ki, süni intellektdə növbəti irəliləyişin startap və ya texnoloji nəhəng olması ehtimalı 50/50-dir. Geyts belə qənaətə gəlib ki, bu çox yönlü köməkçinin kütləvi istifadəyə hazır olması üçün bir az vaxt lazımdır.

Bununla belə, Qeyts artıq bir neçə perspektivli startapı, o cümlədən Inflection-dan (şirkət süni intellektə əsaslanan Pi chatbot) işləyib hazırlayıb.

Bundan əvvəl, mayın 14-də britaniyalı alim Stüart Rassel demişdi ki, süni intellektin yaranması və inkişafı bəşəriyyəti fəlakətlə təhdid edə bilər. Onun fikrincə, insan süni intellektin inkişafının lap əvvəlində bu zəkanın nə üçün lazım olduğuna dəqiq qərar vermədən səhvə yol verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu