Böyük Britaniyada sərhəd nəzarəti sistemində nasazlıq yaranıb


Böyük Britaniyanın hava limanlarında avtomatlaşdırılmış sərhəd nəzarəti sistemi sıradan çıxıb.


AFN.az-ın BBC-yə istinadən xəbərinə görə, nasazlıq Hitrou, Qatvik və Mançester hava limanlarının sərhəd nəzarəti məntəqələrində baş verib. Bildirilir ki, səyahət edənlərin 80 faizə qədəri bu hava limanlarından istifadə etdiklərinə görə pasportların skan edilməsi üçün saatlarla növbələr yaranır.

Böyük Britaniya Daxili İşlər Nazirliyi hazırda bu problemin tez bir zamanda həlli üçün iş aparıldığını bildirib. Agentlik məsələni çox həssas adlandıraraq, uğursuzluğun səbəbini açıqlamaqdan imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu