Orban: Avropa son vaxtlar öz rəqabət qabiliyyətini itirir
Avropa siyasətində ehtiraslı və enerjili insanlar yoxdur, Avropa son vaxtlar öz rəqabət qabiliyyətini itirir, çünki onun siyasətçiləri iddiasız olur və mənasız bəyanatları təkrarlayır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban İspaniyanın ifrat sağçı VOX partiyasının lideri Santiaqo Abaskal ilə görüşdən sonra deyib. "Onunla görüşmək Avropa siyasətində qəribə bir fenomen olduğu üçün böyük zövqdür, çünki Avropa siyasəti ambisiya hissini itirib. Mən uzun onilliklərdir ki, Avropa siyasətindəyəm və getdikcə daha çox bla bla bla var. Biz nə demək istədiyini belə bilmədən təkrar edirik və sonda heç bir hərəkət olmur. Bu arada, Avropa getdikcə rəqabət qabiliyyətini itirir”, - deyə Orban bildirib.
Macarıstanın baş nazirinin sözlərinə görə, Avropa siyasətinin hələ də enerjisi, bağlılığı və ehtiraslı insanlara ehtiyacı var. Orban qeyd edib ki, bu səbəbdən Macarıstan ölkəsini sevən, onu müdafiə etmək istəyən və ənənəvi dəyərlərin qayğısına qalan VOX partiyası ilə münasibət qurmaq istəyir.