Kuleba Ukraynanın üzvlük fəaliyyət planı olmadan NATO-ya qəbul edilməsini təklif edib


Ukrayna NATO-ya Üzvlük Fəaliyyət Planı (MAP) olmadan daxil olmalıdır.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib.

"Biz hesab edirik ki, MAP artıq üzvlük yolunda bir element hesab edilməməlidir. Bu, özünü ötmüş mexanizmdir və Ukraynaya tətbiq edilməməlidir", - deyə o, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransı zamanı bildirib.

Kulebanın sözlərinə görə, Kiyev başa düşür ki, Ukrayna NATO-nun üzvü deyil və alyansa qərarlar diktə edə bilməz: "Ancaq bizim NATO-nun üzvü olmasa da, Avro-Atlantik təhlükəsizlik üçün mübarizə aparmağa tam haqqımız var". Kuleba iddia edir ki, Ukraynasız Avro-Atlantik məkanı qorumaq mümkün deyil, ona görə də Kiyevin alyansa üzv olması qaçılmazdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu